Göyçayda avtoqəza zamanı 3 nəfər xəsarət aldı
Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 23:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
"BMW" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayonunun Çərəcə kənd sakinləri, 1992-ci il təvəllüdlü Abdullazadə Ülvi Əhməd oğlu, 1992-ci il təvəllüdlü Baxışov Əlikram Çingizxan oğlu və Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Yusifzadə Şahmar Elşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi