Göyçayda ferma yandı, xeyli heyvan tələf oldu
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə fevralın 21-də gecə saat 2:00 radələrində Göyçay rayonunun Qarayazı kəndi ərazisində yerləşən, 1986-cı il təvəllüdlü Məmmədov Yusif Şaməddin oğluna məxsus mal-qara fermasında qeydə alınıb. Ümumi sahəsi 150 kvadratmetr olan fermada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ferma və 4 ton ot bağlaması tamamilə yanıb. Fermada olan 30 baş iribuynuzlu heyvan da yanaraq tələf olub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi