Göyçayda idarə binasından oğurluq edən şəxs tutulub

# 17:20
28 aprel 2021

Göyçayda idarələrdən birinin inzibatı binasından elektrik naqilləri və digər elektrik avadanlıqlarının oğurlanması barədə polisə müraciət daxil olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluğu etməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər də məhkum olunmuş Adil İsgəndərov saxlanılıb.

 

Onun oğurluq yolu ilə əldə edərək əlvan metal qəbulu məntəqələrinə satdığı naqillər və digər metal avadanlıqlar həmin yerlərdən maddi sübut kimi götürülüb.
 

Faktla bağlı araşdırma aparılır.


Şahnəzər Bəşirov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR