Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 22:30 radələrində Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" və " VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərbənin təsirindən avtomobillərindən biri yoldan çıxaraq su arxına düşüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü