Göyçayda iki mərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb
Hadisə rayonun Məlikənd kəndində qeydə alınıb. Yanğın zamanı kənd sakini Şamil Abdullayevə məxsus iki mərtəbəli, ümumi sahəsi 200 kv metr olan evin 140 kv metr hissəsi əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın zamanı ev sahibinə küllü miqdarda maddi ziyan dəyib. Ev sahibinin sözlərinə görə yanğın elektrik naqillərində yaranan qısa qapanmadan baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.
Ilham Əhmədov, Taleh İbrahimov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu