Göyçayda minik maşını ağaca çırpıldı – ÜÇ NƏFƏR ÖLDÜ
Göyçayda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, 1979-cu il təvəllüdlü Çingiz Rzayev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı sürücü Çingiz Rzayev və sərnişinləri, 1987-ci il təvəllüdlü İsmayıl Mustafayev və həmyaşıdı İlham Zeynalov hadisə yerində dünyasını dəyişiblər.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Maşında sıxılıb qalan meyitlər onların köməkliyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı