Göyçayda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
90-KL-375 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan və işıqforda dayanan 99-MD-140 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü və 2 sərnişini xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi