Göyçayda polisə hücum etdilər
Göyçay rayonunda dava zamanı hadisə yerinə çağırılan polis əməkdaşına xəsarət yetirilib.
APATV-nin yerli bürosunun xəbərinə görə, Bığır kənd sakini, 1994-cü il təvəllüdlü Nursoltan Məmmədov sərxoş vəziyyətdə rayon icra hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb. Mübahisə zamanı Nursoltan Məmmədov məsələ ilə bağlı Bığır kəndinə gələn və onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən Göyçay rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındırıb. Nursoltan Məmmədovun həmin lövhənin bir hissəsi ilə Şahin Xalidovu vurması nəticəsində o, sol qulaq seyvanının səthi kəsilmiş yarası xəsarəti alıb. Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılan polis əməkdaşı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?