Göyçayda reyd maraqlı anlarla yadda qalıb

# 06:26
16 aprel 2021

Yol nəqliyyat hadisələrinin baş verməsinin qarşısının alınması məqsədilə Göyçay rayonunda yol polisi əməkdaşları tərəfindən reyd keçirilib.

APA TV xəbər verir ki, reyd zamanı qaydaları kobud şəkildə pozan sürücülər aşkar edilib. Reyd maraqlı anlarla yadda qalıb.

Biri təhlükəsizlik kəmərindən istifadə etmir, digəri isə yol polisinin saxla əmirinə tabe olmur. Görüntülər Göyçaydandır. Rayon yol polisinin bölməsinin əməkdaşları bir neçə istiqamətdə reydlər keçirib. Reyddə sürücülər özlərini haqlı çıxarmağa çalışır.

Daha sonra reyddə sürücü avtomobilin ön və yan şüşəsinə əlavə olaraq tündləşdirici olan plyonka vurması aşdarlanıb. Sürücü bunu isə özünə məxsus şəkildə cavablandırmağa çalışırdı.

Reyd zamanı bir necə  sürücü tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədlərinin qaydasinda olmayan sürücülər aşkar edildi.        

Qayda pozan sürücülərə qarşı bu cür reydlərin keçrilməsi mütamadi olaraq davam etdiriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR