Göyçayda şəhid anasının 4 otaqlı evi yanaraq külə döndü
Göyçay rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 20:30 radələrində Göyçay şəhərinin Zakir Nəcəfov küçəsində qeydə alınıb. Şəhər sakini, şəhid Anar Zeynalovun anası, 1950-ci il təvəllüdlü Zeynalova Fəridə Heydər qızına məxsus ümumi sahəsi 165 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısını alıblar. Hazırda ərazidə alovun tam söndürülməsi prosesi gedir. Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu