Göyçayda tanınmış muğam ifaçısını qoyun vuraraq öldürdü
Göyçay rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəhadət kəndində baş verib.
Belə ki, axşam saatlarında naxırdan qayıdan qoyun sürüsündən ayrılan bir qoyun yolun kənarında dayanmış kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Məmmədova hücum edib. Qoyun başı ilə Səməndər Məmmədovun qarın nahiyəsinə zərbə vurub.
Bundan sonra onun bədənində ağrılar olduğu üçün ailə üzvləri tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Cərrahiyə şöbəsinə yerləşdirilən Səməndər Məmmədov qarın boşluğundan əməliyyat olunsa da həkimlər onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, Səməndər Məmmədov Göyçay və ətraf rayonlarda tanınmış xanəndə və muğam ifaçısı olub, 50 ildən çox el şənliklərində müğənni kimi iştirak edib.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi