Göyçayda üç uşaq atası özünü asdı

# 17:37
11 may 2021

Göyçayda intihar hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 6:00 radələrində rayonun Bığır kənd sakini, 1970-ci il təvəllüdlü Aqil Sırac oğlu Zeynalov yaşadığı evin həyətindəki alça ağacından özünü kəndirlə asaraq intihar edib.

 

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas edə bilməyiblər. Üç uşaq atası Aqil Zeynalovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.


Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR