Göygöldə ağır qəza, iki minik avtomobili toqquşdu

# 17:57
9 yanvar 2023

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Şəmkir magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" ilə "VAZ"markalı minik avtomobili toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Yaralıların səhhətinin normal olduğu bildirilir.

Xəsarət alanlar Şəmkir rayonun Çinarlı qəsəbə sakinləri 55 yaşlı Qədir Qəribzadə,36 yaşlı Gülnar Əliyeva, 20 yaşlı Xəyal Qəribzadə və 16 yaşlı Aysel Haqverdiyevadır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR