Göygöldə evdə partlayış olub

# 17:09
26 sentyabr 2022

Göygöl rayonunda partlayış baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, partlayış rayonun Toğanalı kəndində, fərdi yaşayış evində qeydə alınıb. Hadisə ev sahibi 1948-ci il təvəllüdlü Toriyel Hüseynovun alovdan bədəninin müxtəlif nahiyələri yanıb. Məlumata görə, Toriyel Hüseynov evdə kibrit yandırıb.  Bu vaxtı mətbəxdən sızan qaz nəticəsində partlayış baş verib. Partlayış vaxtı Toriyel Hüseynov evdə tək olmayıb. Onunla birlikdə digər otaqda həyat yoldaşı Solmaz Hüseynova da olub. Ancaq o, başqa otaqda olduğu üçün az xəsarət alıb və vəziyyəti yaxşıdır.

 

Toriyel Hüseynovun müxtəlif yanıq xəsarətləri ilə dərhal Göygölə Mərkəzi Rayon xəstəxanasına aparılıb, oradan isə Gəncədəki Abbas Səhhət adına 1 nömrəli xəstəxanaya yerləşdirilib.

 

Əslən Laçından olan xəsarət alanlar paytaxtda yaşayırmışlar və hər il Göygölə istirahət etmək üçün gəlirmişlər.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Göygöl

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR