Göygöldə kişi qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən bıçaqlanıb
Göygöldə bıçaqlanma hadisəsi baş verib. Hadisə Göygöl şəhərinin Səbuhi Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb. 1988-ci il təvəllüdlü Elçin Süleymanov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat edilib vəziyyətinin kafi olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, 35 yaşlı kişi qeyri-rəsmi nikahda yaşadığı 32 yaşlı Dürdanə Əliyeva ilə qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı qadın mətbəx bıçağı ilə onun qarın nahiyəsinə bir zərbə vurub. Keçirilimiş əməliyyat axtarışları zamanı qadın polis tərəfindən saxlanılıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi