Göygöldə toyda iştirak edənlər və restoran sahibi cərimələndi
Göygöldə toy edən şəxslər məsuliyyətə cəlb olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Polis Şöbəsinə rayon ərazisində yerləşən “Helendorf” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 29 nəfər barəsində inzibati qaydada tədbir görülüb.
Restoran sahibi barəsində isə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu