Göygöldə yağış suları 6 fərdi evə ziyan vurdu

# 19:26
30 avqust 2023

Ötən gün yağan güclü yağış Göygöldə də bir sıra fəsadlar törədib. Rayon mərkəzində küçələrdən keçən sel bir neçə evə dolub, həyətyanı sahələrə ziyan vurub. Göygöl şəhərinin Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və A.Şaiq küçələrində 6 fərdi ev yağış sularından daha ciddi zərər görüb. Yağış sularının həyətyanı sahələrdən, evlərin zirzəmilərindən boşaldılmasına FHN-in Göygöl rayonundakı bölmələrinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Göygöl RİH tərəfindən də yağışın fəsadlarının aradan qaldırılması və növbəti analoji hallarda daha ciddi fəsadların baş verməsinin qarşının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Qeyd edək ki, sığorta şirkətləri tərəfindən yağış sularının davamlı risk altında qoyduğu ərazilərdə yerləşən evlərin sığorta olunmaması da vətəndaşları ciddi narahat edən məsələlərdəndir. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR