Göygöldə yol qəzasında xəsarət alan 3 azyaşlıdan biri ölüb
KM Göygöldə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.
Belə ki, “KHAZAR” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Talıb İsmayılov, 2020-ci il təvəllüdlü Bahar Hüseynzadə, 2019-cu il təvəllüdlü Uğur Hüseynzadə və onun həmyaşıdı Humay müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Baha Hüseynzadənin vəziyyəti ağır olduğundan o, Gəncə şəhərində yerləşən xəstəxanaların birini aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik