Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib
2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.
Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi