Güclü külək Balakən və Zaqatala rayonlarında fəsadlar törədib

# 00:29
10 may 2021

Şimal-qərb bölgəsində keçən qeyri sabit hava şəraiti bir sıra fəsadlar törədib.


APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 16 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürüb.

Bölgənin Balakən və Zaqatala rayonları ərazisində güclü küləklə müşahidə edilən yağışlı hava şəraiti olub. Güclü kelək nəticəsində Balakən rayonunun  Qazbinə kəndi, Zaqatala rayonunun isə  Makov kəndi ərazisində iri gövdəli ağaclar yıxılıb. Elektrik naqillərinin qrılması səbəbindən hər iki rayonun bir sıra yaşayış məntəqələrinə  elektrik enerjisinin verilməsində fasilələlər yaranıb. Zaqatalanın Makov kəndində ağac yolu bağlaması səbəbindən ərtaf  kəndlərə nəqliyyatın hərəkəti müvəqqəti dayanıb.  Aidiyyati qurumlar və kənd sakinlərinin köməkliyi ilə qısa müddətdə ağac doğranaraq yol təmizləndikdən sonra avtomobillərin hərəkəti yenidən bərpa edilib.  Elektrik enerjisinin verilməsində yaranan fasilələr axşam saatlarına aradan qaldırılıb.


Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR