Güclü külək əsəcək, yağış yağacaq

# 16:53
27 mart 2023

Bakıda və Abşeron yarımadasında martın 28-də gecə və səhər şimal-qərb küləyinin, 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, həmçinin martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında martın 27-si gündüzdən 28-i səhərədək və 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR