Güclü külək Sumqayıtda fəsadlar törədib
Sumqayıtda güclü külək bir sıra fəsadlar törədib.
Şəhərdə güclü külək nəticəsində ağaclar aşıb. Aşan ağaclardan biri yol kənarında dayanmış “VAZ-2109" markalı avtomobilin üzərinə düşüb.
Bundan başqa, aşan ağaclardan biri 8 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusa ziyan vurub.
Güclü külək nəticəsində şəhərdə qaz xətti də qırılıb.
Küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib