Güclü külək Xaçmazda bir sıra fəsadlar törətdi
Güclü külək Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, güclü külək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 70 nömrəli beşmərtəbəli yaşayış binasının damını uçurub. Rayonun bir neçə yerində ağacları kökündən çıxaran külək elektrik enerjisinin verilişində də problemlər yaradıb.
Xaçmaz Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, fərdi yaşayış evlərinə də ziyan dəyib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib