Güclü külək Xaçmazda fəsadlar törətdi
Bu gün səhər saatlarından Xaçmazda əsən güclü külək bir sıra fəsadlar törədib. APA TV-nin şimal bürosunun məlumatına görə, külək rayonun elektrik təsərrüfatına ziyan vurub. Elektrik xətlərinin qırılması nəticəsində şəhərin bəzi küçələri, eləcə də Nərəcan, Qımılqışlaq, İstisu inzibati ərazi dairəsinə aid kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində, Xaçmaz-Xudat yolunun kənarında bir neçə ağac kökündən qoparaq aşıb. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu