Güclü yağış Göygöldə dəmiryolu xəttinə ziyan vurub

# 22:03
2 may 2021

Ötən gecə Göygöl rayonuna yağan yağış fəsadlar törədib.

APA TV-nin yerli bürosunun məlumatına görə, güclü yağışın yağması nəticəsində Qızılca dəmiryolu stansiyasına ziyan dəyib.

Nəticədə dəmiryolunun reysləri sıradan çıxıb. Hazırda əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Həmçinin güclü yağış yağması zamanı rayonun Danyeri və Qızılca kəndlərində avtomobil yoluna iri qaya parçaları tökülüb. Burda da avtomobil yolu qaya parçalarından təmizlənib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR