Güclü yağış yağdı, 7 kəndə gedən yol çökdü

# 14:46
20 may 2023

Son günlər Lənkəranda yağan güclü yağışlar, dağ kəndlərinə gedən

yollarda torpaq sürüşmələrinə səbəb olub. Rayonunun 7 kəndinə aparan

22 km - lik Hirkan–Daşdatük-Biləsər avtomobil yolunda, yolun bir

hissəsi 40 sm aşağı çöküb. Bu da nəqliyyatın hərəkətində çətinliklər

yaradıb.

Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən 48 nömrəli

yol istismarı MMC–nin mühəndisi Natiq Cavadov bildirdi ki, yolda baş verən problemi

aradan qaldırmaq və nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün bəzi qabaqlayıcı tədbirlər görürülüb. Əraziyə ağır texnikalar və işçi qüvvələri cəlb olunub. Lakin baş verən sürüşmələri tam aradan qaldırmaq onların imkanları xaricindədir. Bunun üçün də dövlət dəstəyi lazımdır ki, yolda bərkitmə işlər görülsün.

Artıq, hazırlanmış sənədlər Avtomobil Yolları Dövlət Agentliyinə təqdim olunub.

Qeyd edək ki, Hirkan-Daşdatük-Biləsər avtomobil yolu 22 km

olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən

keçir. Bu yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi

çərçivəsində əsaslı olaraq təmir edilib və istismara verilib.

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR