Güllələnən bank işçisi reanimasiyadadır

# 18:28
19 iyul 2023

 

Azərbaycanda bank işçisi odlu silahla güllələnib. Hadisə Qax rayonunun Almalı kənd inzibati ərazisində baş verib. 1992-ci il təvəllüdlü rayonun Almalı kənd sakini Turan Məmmədov və 1991-ci il təvəllüdlü rayonun Dəymədağlı kənd sakini Cavidan Məmmədov aralarında baş verən münasibətlərə aydınlıq gətirmək üçün Almalı kəndinin yaxınlığındakı əraziyə gediblər. Mübahisə münaqişəyə çevrilib. Bu zaman Cavidan Məmmədov əlində olan ov tüfəngi ilə Turan Məmmədova atəş açıb. Hadisə zamanı güllə yarası alan Turan Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Turan Məmmədovun üzərində təcilli cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan sonra Turan Məmmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Keçirilmiş tədbir nəticəsində Turan Məmmədovu odlu silahla güllələməkdə şübhəli sayılan Cavidan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, odlu silahla güllələnən Turan Məmmədov Bank Respublikanın Qax rayon filialında işləyir. Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA. TV. Qax.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR