Gültəkin Hacıbəyli barəsində cinayət işi başlandı
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.
Bu barədə APA məlumat yayıb. Xaricdən ölkəyə qayıdarkən Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Gültəkin Hacıbəyli polisə təhvil verilib.
Məlum olub ki, onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub və haqqında Cinayət Məcəlləsinin 147.2 yəni ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə cinayət işi başlanıb.
Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə aparılıb, ifadəsi alınaraq sərbəst buraxılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib