“Günay Bank” bağlandı, kimlərin pulu geri qaytarılacaq?

# 19:48
17 may 2023

 

“Günay Bank” bağlandı, kimlərin pulu geri qaytarılacaq? – APA TV Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. Bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib. Bundan öncə də bir neçə bankın bağlanmasına şahid olmuşuq. Son vaxtlar ölkədə bankların bağlanması əmanətçilərin də narahatlığına səbəb olub. Deputat Vüqar Bayramlı feysbuk hesabında “Günay Bank”da olan əmanətlərin taleyi barədə qeyd edib ki, bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir. Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirib ki, ümumiyyətlə bankların bağlanması müştərilərdən toplanılan pulun geri qaytarılmaması, yəni müflisləşməsi ilə əlaqələndirilir. Həmin bankların normativ göstəriciləri qanunvericiliyin tələblərinə uyğun gəlmir. Ekspertin sözlərinə görə, “Günay Bank”ın bağlanmasına səbəb hər hansı ciddi problem Ekspertin fikrincə, sahibkarlar kiçik və orta banklardan ehtiyat etdiyi üçün iri banklara üz tutur və beləliklə, kiçik və orta bankların bağlanma təhlükəsi yaranır. Onun sözlərinə görə, bu proses banklar arasında rəqabət mühitinin də pozulmasına səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR