Günel öldürüldüyü gün video çəkibmiş...

# 14:29
18 avqust 2023

İki gün əvvəl Salyanda öldürülən qadın elə həmin gün, hadisədən bir neçə saat əvvəl başına gələnlərlə bağlı video çəkibmiş. 25 yaşlı Günel Quliyeva görüntülərdə ərinin onu mütəmadi olaraq döydüyünü, ailə vəziyyətinin dözülməz olduğunu deyir. Mərhumun sözlərinə görə, o, baş verənlərə görə sirkə turşusu içərək özünü öldürməyə cəhd edib. Bundan sonra hüquq-mühafizə orqanlarında araşdırma başlayıb. Müraciətdən aydın olur ki, Güneli özünün öldürməyə cəhd etdiyinə görə ifadə verməyə dəvət ediblər. Qadının iddiasına əsasən, həmin gün əri və qayınanası onu təhdid edib, övladını əlindən alacaqlarını deyiblər. Videomüraciət qeydə alınan gün Günel bıçaqla qətlə yetirilib, hadisə ilə əlaqədar əri Qaraş İbrahimov şübhəli şəxs qismində salxanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qafqazinfo.az məlumat yayıb ki, Günel Quliyevanın ölümündən 10 gün əvvəl az miqdarda sirkə turşusu içməsi ilə bağlı həkim rəyi də var. Hazırda cinayət işi üzrə ibtidai istintaq gedir. Qanunauyğun olaraq istintaqın sonunda işin mahiyyəti ilə bağlı rəsmi məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR