Gürcüstan prezidenti əhalini mitinqə çağırıb
Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaşları Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.
APA TASS-a istinadən xəbər verir ki, o ölkənin Avropaya inteqrasiyası siyasəti kursunun dəstəklənməsi üçün vətəndaşları iyunun 16-da Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.
“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünün içinə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək”,- deyə Zurabişvili bildirib.
O, həmçinin müxalifəti ölkədə baş verənlərlə bağlı Aİ-yə yanlış məlumat göndərməkdə ittiham edib. Zurabişvili bir daha bütün tərəfləri birliyə çağırıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi