Gürcüstanda azərbaycandilli məktəblərin sayı niyə sürətlə azalır?

# 15:58
15 fevral 2023

1989-cu ildə Gürcüstanda 183 azərbaycandilli məktəb fəaliyyət göstərib. Hazırda təxminən 400 min azərbaycanlının yaşadığı ölkədə bu məktəblərin sayı cəmi 116-dır. Məktəblərdən 79-u azərbaycandilli, qalanları isə qarışıq sektorlu məktəblərdir.

 

Sayları azərbaycanlılardan iki dəfə az olan ermənilərin isə 130 məktəbi fəaliyyət göstərir.

 

İctima fəal Aygül İsayeva deyir ki, azərbaycandilli məktəblərin sürətlə azalmasının başlıca səbəbi kadr çatışmazlığıdır.

Hazırda Gürcüstanda müəllimliklə məşğul olan Ariz Daşdəmirlinin sözlərinə görə, əsas problem ali məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fakültələrinin olmamasıdır.

Xatırladaq ki, 2010-cu ildən Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəlllimlərin hazırlanması dayandırılıb. Bu da dərslərin keyfiyyətinə ciddi şəkildə təsir edir, innovativ tədris üsullarının tətbiq edilməməsi səbəbindən Azərbaycan dili və ədəbiyyatı fənninə şagirdlərin marağı azalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR