Gürcüstanda ilaxır çərşənbə qeyd edildi

# 12:17
15 mart 2023

Gürcüstanda yaşayan Azərbaycanlılar Tbilisidə ilaxır çərşənbəsini qeyd ediblər. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bayram şənliyi Azərbaycanın Gürcüstandakı səfirliyinin, Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti mərkəzinin təşkilatçılığı, Tbilisi meriyasının dəstəyi ilə baş tutub. Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, türk xalqlarının qeyd etdiyi qədim Novruz bayramın tarixi minillərə gedir. Səfir bayram tədbirində iştirak edən digər ölkələrdən olan qonaqlara təşəkkür edib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları, bayram şirnliyyatları və adət-ənənələri, eləcə də milli musiqi və rəqs nümunələri təqdim edilib.

Bayram şənliyində tonqal qalanıb. Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti mərkəzinin həyətində keçirilmiş tədbirdə Tbilisi Sakrebulosunun (şəhər şurası) sədri Giorgi Tkemaladze, Tbilisi meriyasının nümayəndələri, müxtəlif səfirliklərin nümyəndələri, gürcü və azərbaycanlı ziyalılar, iş adamları, incəsənət xadimləri, müğənnilər iştirak ediblər.

Azərbaycanlı qardaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm, bu bayramı burada birlikdə qeyd-etmək olduqca gözəldir. Çox gözəl ənənələriniz var və tarixən bizim aramızda birlik-bərabərlik olub. Biz dost və qardaş xalqlarıq və digər sahələrlə yanaşı mədəniyyət sahəsində də əlaqələrimizin inkişaf etdirilməsi olduqca vacibdir.

Bayram şənliyində tonqal  da qalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR