Gürcüstanda silahlı şəxs banka hücum etdi: 12 ŞƏXS GİROV GÖTÜRÜLÜB

# 14:38
20 sentyabr 2022

Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə şahidlərinin “Mtavari Arxi” telekanalına verdiyi məlumata görə basqını törədən maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib.

 

Bildirilib ki, hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb, bank mühasirəyə alınıb və ətrafında hərəkət məhdudlaşdırılıb.

 

Daxili İşlər Nazirliyi bankda 12 nəfərin girov saxlanıldığını bildirib.

 

Banka silahlı basqın edən şəxs girovların azadlığa buraxılması müqabilində 2 milyon dollar tələb edir.

 

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz azad olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR