Hacı Əliyevlə iranlı idmançı arasında gərginlik yaşanıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev hakim ədalətsizliyi ilə üzləşib. APA TV xəbər verir ki, iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında iki epizodda Əliyevin tətbiq etdiyi fəndlər hesaba alınmayıb. Bundan sonra güləşçilər arasında gərginlik yaşanıb. Haqsızlıqlara baxmayaraq, titullu pəhləvan hesabda dönüş edə bilib. Hacı Əliyev 8:4 hesablı üstünlüklə qarşılaşmanın qalibi olub, yarımfinala vəsiqə əldə edib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib