Hacı Məmmədovun keçmiş vəzifəsinə YENİ TƏYİNAT
Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sərəncamda olan polis polkovniki Şaiq Əliyev DİN-in Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.
Ş.Əliyev bundan əvvəl Sabunçu rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, DİN-in Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsi mühüm postlardan sayılır. Bir zamanlar həmin vəzifədə ağır cinayətlərdə ittiham olunaraq həbs edilən və daha sonra həbsxanada intihar edən Hacı Məmmədov çalışıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi