Hacı Qaməti onlar əvəz edəcək
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu “Cümə” məscidinə imam təyinatları həyata keçirilib.
Bu barədə Komitədən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Belə ki, Dövlət Komitəsi sədrinin müvafiq əmrləri ilə Ceyhun Əkbər oğlu Rüstəmov və Araz Ayaz oğlu Abdullayev “Cümə” məscidinə imam vəzifəsinə təyin ediliblər..
Qeyd edək ki, "Cümə" məscidinin əvvəlki imamı Hacı Qamət Süleymanov olub.
"Əbu Bəkr" adı ilə tanınan həmin məsciddə törədilən məlum terror hadisəsindən sonra məscid bağlanmışdı.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu