Hacıqabul vulkanları ilk dəfə kameralarda

# 21:06
19 avqust 2021

Bakı və Abşeronla yanaşı ölkəmizin digər ərazilərində də palçıq vulkanları mövcuddur ki, onların bir çoxları hələ tədqiq olunmayıb.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, belə palçıq vulkanlarından bir neçəsi Hacıqabul rayonunun Udulu inzibati ərazi vahidində yerləşir.

 

Çəkiliş qrupumuz bələdçinin olmadığına baxmayaraq, adı çəkilən ərazi vahidinə aid Tava kəndi ərazisində hündür dağın başında yerləşən palçıq vulkanlarını çətinliklə axtarıb tapıb. Deyilənə görə indiyə qədər bu əraziyə baş çəkən olmayıb. Ərazi nə fotolara, nə də kameralara tuş gəlib. Bura gəlib kameramızın yaddaşına köçürən biz olduq. 

 

Ümumiyyətlə Hacıqabul rayonu ərazisində palçıq vulkanları çoxdur. Onlardan bir neçə dəfə püskürən Axtarma-Paşalı palçıq vulkanı son dəfə isə 2016-cı il yanvarın 25-dən 26-a keçən gecə püskürüb və özündən sonra 18 hektar ərazidə 220 min kub metr palçıq tullantısı yaradıb. Atbulaq kəndi ərazisində bir neçə dəfə püskürən palçıq vulkanı var. Elə adı çəkilən inzibatı ərazi vahidinin girişində neft qarışıqlı palçıq vulkanları da tez-tez  baş çəkilən yerlərdəndir. Amma  həmin vulkanların yerləşdiyi yerə baş çəkən olsa da, Udlu inzibati ərazi vahidinə aid Şamaxı rayonu ilə həmsərhəd Tava kəndində 200 metr hündürlükdə yerləşən palçıq vulkanları ilk dəfədir ki, görüntülənir.

 

Bu ərazidəki palçıq vulkanları həm də digərlərindən kraterlərinin böyüklüyü və gözəlliyi ilə fərqlənir. Müşahidələrimiz onu deməyə imkan verir ki, buranı səhiyyə turizmi kimi də istifadə etmək olar. Əraziyə investisiya yatırımı həm ərazinin inkişafına, həm də yeni iş yerlərinin açılmasına və kəndlərin abadlaşmasına böyük töfhə olar.

 

Qeyd edək ki, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR