Hacıqabulda ağır qəza: Yaralanan var
Bakı-Qazax magistralında avtomobil beton arakəsməyə çırpılıb, sürücü xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 120-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Zahid Heydərovun idarə etdiyi “Mercedes” markalı avtomobil beton dirəyə çırpılıb. Nəticədə sürücü yüngül xəsarət alıb. Qəza zamanı avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu