Hacıqabulda dəhşətli qəza – BİR AİLƏNİN 5 ÜZVÜ...
Hacıqabulda bir ailənin 5 üzvü qəzaya düşüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Paytaxt sakini 1979-cu il təvəllüdlü Vüqar Qaraşov idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 68 yaşlı Hüsniyyə Qaraşova hadisə yerində ölüb, sürücü və ailənin digər üzvləri - 1981-ci il təvəllüdlü Leyla Şəfiyeva, 2007-ci il təvəllüdlü Rafiq Qaraşov və 2010-cu il təvəllüdlü Səbuhi Qaraşov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib