Hacıqabulda əməliyyat - 6 NƏFƏR TUTULDU

# 13:48
11 yanvar 2022

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Nəcəfov saxlanılıb. Dindirilmə zamanı Mehman Nəcəfov narkotik maddəni tanışı Hüseyn adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hüseyn Osmanov da saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 1 kiloqram 28 qram heroin, bundan əlavə 17 bükümdə heroin və “patı”, bir kibrit qutusunda qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı analoji əməllə məşğul olan daha 4 nəfər rayon sakini – Elvin Mehdiyev, Mübariz Abasov, Əlihəsən Cəfərov və Azər Həsənov saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR