Hacıqabulda "KamAZ"la TIR toqquşdu - APA TV
Hacıqabulda "KamAZ"la TIR toqquşdu Hacıqabulda yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 135-ci kilometrliyində, rayonun Muğan qəsəbəsi ərazisində baş verib. “KamAZ” markalı yük avtomobili ilə TIR-ın toqquşması nəticəsində sürücülərdən biri, Hacıqabul rayonunun Muğan kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Taqət Əhməd oğlu xəsarət alıb. Sürücü ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib