Hacıqabulda sel suları avtomobil körpüsünü uçurdu

# 17:30
10 may 2022

Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Pirsaat çayının rayonun Udulu qəsəbəsindən keçən hissəsində çay mecrasından çıxıb. Nəticədə qəsəbədə yerləşən 7 kəndin bir-biri ilə əlaqəsini kəsib. Qeyd edək ki, ərazidə Azərbaycan avtomobil yolları dövlət agentliyi tərəfindən yol infrastrukturunun yenidən qurulması, çay üzərindən körpülərin inşası və digər işlər görülür. Tikinti işlərinin aparıldığı yeni körpünün ətrafında müvəqqəti körpü sel sularına qərq  olduğundan müvəqqəti keçid sıradan çıxıb. Nəticədə avtomobillərin hərəkətində çətinlik yaranıb.

Hazırda ərazidə intensiv yağışlar davam edir. Bu  da problemin aradan qaldırılmasında əlavə çətinliklər yaradır.

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR