Hacıqabuldakı yanğında 5 nəfər öldü – APA TV

# 07:24
12 oktyabr 2023

Gecə radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsində 2 mərtəbəli taxta konsturksiyalı yaşayış binasında baş verən aynğın zamanı 5 nəfər həlak olub.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində tdqiqat işləri aparırlar. Məcburi köçkün ailələrinin də yaşadığı 5 ailənin məskunlaşdığı 2 mərtəbəli 14 otaqlı əsas hissələri taxta konstruksiyadan ibarət binada yanğın qeydə alınıb. Güclü külək baş verən yanğının miqyasını daha da artırıb.

Binanın tavanının çökməsi nəticəsində 5 nəfər yanar konsturksiyaların altında qalaraq həlak olub. 2 nəfər yanıq xəsarətləri ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirlib. Hadisə zamanı Cəlilabad sakini, 1950-ci il təvəllüdlü Abışova Sara, onun qızı 1981-ci il təvəllüdlü Hacıqabul sakini, Abışova Aybəniz Yolçu qızı, övladları-2010-cu il təvəllüdlü Sadıqova Zəhra Elçin qızı, 2012-ci il təvəllüdlü Sadıqov Elgün Elçin oğlu və 1943-cü il təvəllüdlü Mahmudov Mütəllim Əliyar oğlu həlak olublar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən avtomobili və canı qüvvəsi cəlb olunub. Alov ram edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Əlibəy Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR