Hadisə yerində keçinən 7 yaşlı uşaq avtomobili idarə edən sürücünün övladı imiş
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı sakini, 1980-ci il təvəllüdlü Məmmədova Həlimə Rafiz qızının idarə etdiyi 99 NR 642 dövlət nömrə nişanlı,“Nissan” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sürcünün oğlu 7 yaşlı Məmmədov Emil Elməddin oğlu hadisə yerində ölüb. Sürücü və avtomobildə olan digər sərnişin Bakı sakini, Əliyeva Xəyalə Arzu qızı ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu