Hadrutda möhtəşəm hospital tikilir

# 11:47
7 iyun 2022

“İşğaldan azad olunan ərazilərdə yeni hərbi hosbitallar tikilməsilə Azərbaycan ordusunun tibbi bazası daha da güclənəcək”.
 

APA TV xəbər verir ki, bunu Tibb xidmətinin polkovniki Firuddin Nəbiyev Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında keçirilən media-tur çərçivəsində deyib: “Kəlbəcərdə yeni hospitalın tikilişi tamamlanmaq mərhələsindədir. Bundan başqa Laçında bizim mobil hospitalımız fəaliyyət göstərir. Lakin orada yeni hospitalın tikintisinə artıq başlanılıb. Hadrutdakı hospitalın isə tamamlama işləri artıq başa çatmaq üzərədir. Yaxın vaxtda açılışı olacaq. Burada bütün şərait ən yüksək səviyyədə təchiz olunub”.
 

Media-tur çərçivəsində Baş Klinik Hospitalının vəziyyəti ilə əlaqədar jurrnalistlərə məlumat verilib. Bilidirilib ki, hərbçilərin sağlamlığının daim yaxşı vəziyyətdə olması üçün hospitaldakı avadanlıqlar zaman-zaman yenilənir.

Qeyd edək ki, 44 günlük müharibə zamanı göstərdikləri əvəzsiz xidmətlərə görə, hospitalda bir çox əməkdaş orden və medallarla təltif olunub.

Semral Cavad,  
Ceyhun Məmmədov,
APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR