Hadrutda Pasxa bayramı qeyd olunub
Azərbaycan Alban-Udi xristian dini icmasının üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.
İcma nümayəndələri qəsəbədəki məbəddə dualar edib, şamlar yandırıblar. Nümayəndə heyəti torpaqların bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ruhuna da dualar oxuyub, Azərbaycan xalqına sülh, əmin-amanlıq arzulayıblar.
Səfərin məqsədi Pasxa bayramının işğaldan azad olunmuş ərazidəki dini məbəddə qeyd edilməsidir.
Habil Aslanoğlu, Ziya İsmayılov,APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu