Hakerlər Rəisinin bayram çıxışını yarımçıq kəsib, Xameneiyə ölüm oxudular
Ayətullah rejiminə müxalif olan bir qrup haker İran prezidenti İbrahim Rəisinin İnqilab Günü mərasimindəki çıxışının yayımını kəsib. Onlar efirə “Xameneiyə ölüm”, “İslam respublikasına ölüm” şüarları səsləndirilən rolik yerləşdiriblər. Bu yayım da dövlət televiziyası vasitəsilə canlı olaraq ölkə ərazində yayımlanıb.
Özünü “Əlinin Ədaləti” adlandıran qrup videoda İran vətəndaşlarını dövlət banklarından pullarını çıxarmağa, rejim əleyhinə 5 gündən sonra keçiriləcək aksiyalarda iştirak etməyə çağırıblar. Bildiriblər ki, rejim minlərlə tələbə və müxtəlif sahələrdə çalışan işçiləri inqilabın 44-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyə məcbur edib. Müxaliflər videoda İrandakı diplomatları ölkəni boykot edərək tərk etməyə də səsləyiblər.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Düylün kənd tam orta məktəbinin 3 məzunu da bu il imtahanlarda yüksək nəticə göstərib
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib