Hamı bu festivaldan danışır - İLK DƏFƏ KEÇİRİLDİ
Xaçmazda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” təşkil olunub.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Kənd Təsərrüfatı naziri İnam Kərimov ilk dəfə keçirilən festivalın kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə keçirildiyini qeyd edib.
Daha sonra festival iştirakçıları müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarının məhsullarının, həmçinin milli mətbəx, yerli foklor nümunələrinin nümayiş etdirildiyi stendlərlə tanış olublar.
Festivalın qonaqları üçün əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, ödənişsiz kulinariya nümunələri təqdim edilib.
Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə keçirilib. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?