Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur - Fazil Mustafa
Deputat Azərbaycan və Türkiyənin dərman sənayesinin birləşdirilməsi təklifi ilə çıxış edib.
APA TV xəbər verir ki, Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dərman sənayesi ilə bağlı problemlərimiz var:
“İki dövlət, bir dərman, bir millət olaq. Bu gün biz onkoloji xəstəlikləri də icbari tibbi sığorta ilə əhatə etməliyik. Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burda zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur”.
FAZİL MUSTAFA - DEPUTAT
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu